Dövlət Turizm Agentliyi tenderinin qalibini açıqladı


  • 10:21

Dövlət Turizm Agentliyinin 2025-ci ilin 4-6 sentyabr tarixlərində Vyetnamın Ho Şi Min şəhərində keçiriləcək “ITE HCMC 2025” sərgisində iştirak üçün tələb olunan 27 m² stend sahəsinin icarəsi (bəclərin hazırlanması daxil) və stendin quraşdırılması xidmətinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi “C.I.S Viet Nam Advertising and Exhibition Joint Stock Company” olub.

Məlumata görə, qalib şirkətə 37.339,11 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər