- 8 Sentyabr 19:02
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Çinə səfər edəcək.
E-huquq.az xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey bugünkü brifinqdə bildirib.
Onun sözlərinə görə, bu gün Baş nazirin müavini Şahin Mustafayev 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət sərgisində iştirak etmək üçün Çinə yola düşəcək, Çin-Azərbaycan ikitərəfli investisiya Forumuna və Çin-Azərbaycan investisiya əməkdaşlığı üzrə İşçi Qrupunun ilk iclasına sədrlik edəcək.