Deputat: "Prezident İlham Əliyevin iradəsi sayəsində beynəlxalq ədalət təmin olundu"


  • 9 Sentyabr 11:27

"Azərbaycana qarşı uzun müddət elan olunmamış ədalətsiz müharibə aparılırdı. Bu müharibə haqsız və ədalətsiz idi. Bir vaxtlar Qərb bizi dəyişdirməyə çalışsa da, Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Vaşinqtonda iki lider bir araya gətirildi".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Səməd Seyidov parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasda deyib.

O bildirib ki, Vaşinqton görüşündə sülh yolunda beynəlxalq münasibətlərdə ədalətli yanaşmanın əsası qoyuldu: "İmzalanan bəyanat, 907-ci düzəlişin Tramp tərəfindən dayandırılması və Minsk qrupunun fəaliyyətinin ləğvi cənab Prezident İlham Əliyevin uğurudur"

"Sülh savaşa qalib gəldi. İlham Əliyevə "Sülh fatehi" demək olar", - deyə deputat əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər