- 9 Sentyabr 21:09
"Vətən müharibəsindəki qələbə olmasaydı, Vaşinqton görüşü mümkün olmazdı".
E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Zahid Oruc parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasda səsləndirib.
Deputat bildirib ki, 8 Noyabr Zəfər Gününün məntiqi nəticəsi kimi 8 Avqust tarixində baş tutan Vaşinqton görüşü, təkcə iki dövlətin deyil, bütövlükdə regionun taleyinin müəyyənləşdirildiyi mühüm bir hadisə oldu.
"Əslində, SSRİ-nin dağılması prosesi məhz indi, bu görüşlə tamamlanır. Buna görə də İlham Əliyev XXI əsrin qalib xalqının lideridir. Ağ Evdə keçirilən Zirvə görüşü bir çox beynəlxalq aktorlar tərəfindən alqışlanır. Bu isə o deməkdir ki, onlar Azərbaycanın qələbəsini tanıyırlar", - deyə Z.Oruc vurğulayıb.
O əlavə edib ki, sülhə nail olmaq böyük nailiyyətdir. Azərbaycan yalnız işğal altında olan torpaqlarını geri qaytarmadı, həm də uzun illər davam edən Qarabağ münaqişəsinə son qoydu.
"Məqsədimiz odur ki, millətlər zülmətdən xilas olsun, evlərə sülh, dinclik və əmin-amanlıq gəlsin", - deyə deputat qeyd edib.
Şəbnəm Mehdizadə