Dövlət Xidməti "Telegram" hücumları ilə bağlı məlumat yaydı


  • 9 Sentyabr 11:55

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərverici Analizi Laboratoriyası (MRLab) "Telegram" üzərindən həyata keçirilən kiberhücumlarla bağlı hazırda 112 saxta domen və 18 IP ünvanı nəzarətə götürüb.

E-huquq.az xəbər verir ki, bu barədə XRİTDX-i məlumat yayıb.

Sözügedən resursların fəaliyyəti araşdırılır və istifadəçilərə təsir dərəcəsi qiymətləndirilir.

Bildirilir ki, mövzu ilə bağlı əlavə məlumatlar mərhələli şəkildə XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) rəsmi saytında paylaşılacaq.

Oxşar xəbərlər