"Prezident İlham Əliyev Azərbaycanı güclü dövlətlərlə eyni səviyyəyə çıxarmağı bacardı" - Deputat


  • 9 Sentyabr 12:05

"Prezident İlham Əliyev Azərbaycanı güclü dövlətlərlə eyni səviyyəyə çıxarmağı bacardı".

E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rafael Hüseynov parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr olunmuş xüsusi iclasda səsləndirib.

Deputat bildirib ki, ABŞ dünyanın ən güclü dövlətidir və Vaşinqtonda çox zaman qlobal taleyə yön verən layihələr formalaşır. Bu mənada Azərbaycan və ABŞ müqayisə edilə bilməz. Lakin Prezident İlham Əliyev öz güclü liderliyi ilə Azərbaycanı bu cür qüdrətli dövlətlə eyni masada əyləşdirə bildi.

Rafael Hüseynov əlavə edib ki, baş tutan dialoqlarda açıq şəkildə görünür ki, ABŞ Prezidenti Donald Tramp bu ünsiyyətdən məmnun qalıb və münasibətlərin daha da dərinləşməsinə dəstək verəcək.

"Bu münasibətlərin inkişafı yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev yüksək intellekti və uzaqgörən siyasəti ilə Cənubi Qafqazın qurucusu adlanmağa layiqdir", - deyə deputat vurğulayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər