Ziyafət Əsgərov: "Vaşinqton görüşü Azərbaycan-ABŞ əməkdaşlığında yeni mərhələnin başlanğıcıdır"


  • 9 Sentyabr 12:12

"Vaşinqtonda keçirilən Zirvə görüşü Azərbaycan və ABŞ arasında yeni əməkdaşlıq mərhələsinin başlanğıcıdır".

E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ziyafət Əsgərov parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasda deyib.

O bildirib ki, görüş zamanı imzalanan sənədlər regionda dayanıqlı sülhün təmin olunmasında vacib rol oynayır.

Z.Əsgərov vurğulayıb ki, bu görüş ölkəmizin diplomatik qələbəsinin ən bariz göstəricisidir. İmzalanan sənədlər Azərbaycanın suverenliyinin beynəlxalq aləmdə şərtsiz və qəti şəkildə təsdiqidir.

"Əminəm ki, dövlətimizin bu uğurları Prezident İlham Əliyevin liderliyi altında artan sürətlə davam edəcək", - deyə deputat qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər