- 9 Sentyabr 21:09
Dövlət Ehtiyatları Agentliyinin işçi heyətinin daşınması xidmətinin satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.
E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması olub.
Qeyd edək ki, tenderin dəyəri 98.096,00 manat olub.
Şəbnəm Mehdizadə