Milli Məclisdə bəzi dərsliklərlə bağlı dinləmə keçiriləcək


  • 11:13

Milli Məclisdə Azərbaycan dili, Ədəbiyyat və Tarix fənlərinin dərslikləri ilə bağlı dinləmə keçiriləcək.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərli komitənin bugünkü iclasında məlumat verib.

Onun sözlərinə görə, bu məsələ parlament komitəsinin 2025-ci il payız sessiyasının iş planına daxil ediləcək:

"Bununla bərabər, Elm və təhsil komitəsi əməkdaşlarının ali məktəblərlə görüşünün təşkil edilməsi də nəzərdə tutulur. Ola bilər ki, bölgələrdəki ali təhsil müəssisələrinə də getdik".

Oxşar xəbərlər