Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - FOTO


  • 12:48

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ilə birgə əməliyyat keçirib.

E-huquq.az xəbər verir ki, bu barədə hər iki nazirliyin yaydığı birgə məlumatda bildirilib.

Məlumata görə, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həbs olunmuş şəxs tərəfindən Lənkəran rayonu, Yuxarı Nüvədi qəsəbəsi ərazisində istifadəsiz binanın içərisində basdırılaraq gizlədilmiş 8 ədəd "F-1" əl qumbarası və 8 ədəd partladıcı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər