Məktəblərdə telefon istifadəsinə məhdudiyyət tətbiq olunacaq


  • 13:24

2025-2026-cı tədris ilindən etibarən məktəblərdə şagirdlərin dərs zamanı mobil telefondan istifadəsi qadağan ediləcək.

E-huquq.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəhbəri Eşqi Bağırov jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, yaxın vaxtlarda "Şagird davranış qaydaları" bütün ümumtəhsil müəssisələrində tam şəkildə tətbiq olunacaq.

E.Bağırov qeyd edib ki, yeni qaydalar çərçivəsində dərs prosesində şagirdlərin mobil cihazlardan istifadə etməsi məqsədəuyğun sayılmır və bu məsələ ciddi nəzarətə götürüləcək.

Oxşar xəbərlər