- 13:33
"Əhalinin sağlamlığının qorunması haqqında" qanuna əlavə və dəyişikliklər ediləcək.
E-huquq.az xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bugünkü iclasında deyib.
Onun sözlərinə görə, "Əhalinin sağlamlığının qorunması haqqında" qanunun yenilənməsinə ehtiyac var:
"Hazırda Səhiyyə Nazirliyi ilə birgə qanunun yenidən işlənməsi ilə əlaqədar iş aparılır".