Məzmuna keç

İqtisadi Zonaların İnkişafi Agentliyi 18 min manatlıq sifariş verdi

İqtisadi Zonaların İnkişafi Agentliyi publik hüquqi şəxsinin Elektron qaz sayğaclarının kalibrlənməsi, texniki xidməti və qaz həcmləri üzrə məlumatların əldə olunması xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi olub.

Məlumata görə, qalib şirkətə 18.194,73 manata vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə