- 13:54
Təhsil Tələbə Krediti Fondunun təbliğat-təşviqat xarakterli reklam xidmətləri (video və audio çarxların hazırlanması, TV, radio və sosial şəbəkələrdə reklamların yayımlanması) ilə bağlı elan etdiyi tender ləğv edilib.
E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Qeyd edək ki, həmin tenderin dəyəri 94.156,13 manat olub.
Şəbnəm Mehdizadə