- 12:17
"Suverenlik istənilən xalqın ən böyük arzusu və niyyətidir".
E-huquq.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclisdə keçirilən Dövlət Suverenliyi Günü ilə bağlı konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, "Konstitusiya və Suverenlik İli" böyük Zəfərin 5 illiyinə, Konstitusiyanın qəbulunun 30 illiyinə həsr edilib:
"Ulu Öndər Heydər Əliyev hələ sovetlər birliyi dövründə Azərbaycan üçün çox böyük işlər görüb. Azərbaycanda irihəcmli müəssisələr, beş böyük ali təhsil müəssisəsi açılmışdı. O, çox yaxşı anlayırdı ki, Azərbaycanın gələcəyi özünü dərk edən, vətənpərvərlik ruhunda gənclərin böyüməsindən, təhsildən asılıdır".