- 15:32
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) minaaxtaran itlərin daşınması üçün pikap tipli xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.
E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Qeyd edək ki, tenderin dəyəri 1.702.000,00 manat olub.
Şəbnəm Mehdizadə