Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.
E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, Simonyanın göyərtəsində olduğu təyyarə bir neçə dəqiqə əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
Onun 19-21 sentyabr tarixləri arasında Bakıda olacağı bildirilir.
***
15:25
Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda keçiriləcək “3-cü Beynəlxalq Təhlükəsizlik Forumu”nda iştirak edəcək.
E-huquq.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd edilib ki, beynəlxalq forum 19–21 sentyabr tarixlərində Bakıda baş tutacaq.
