Hərbi jurnalist Şəmistan Nəzirli vəfat etdi


  • 14:46

Hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli vəfat edib.

E-huquq.az xəbər verir ki, tədqiqatçı 83 yaşında Qazaxda dünyasını dəyişib.

Hazırda mərhumun nəşi dəfn olunması üçün Bakıya gətirilir.

Xatırladaq ki, Şəmistan Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Loru nahiyəsinin Yuxarı Körpülü kəndində anadan olub.

O, Müdafiə Nazirliyində Hərbi Elmi Mərkəzin hərb tarixi şöbəsində baş elmi işçi idi.

Mərhum 2023-cü il mayın 6-da Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Prezidentin fərdi təqaüdünə layiq görülmüşdü.

Oxşar xəbərlər