Sumqayıtda 1000 abonentin qazı kəsiləcək


  • 14:33

Sumqayıt şəhərinin bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən e-huquq.az-a verilən məlumata görə, Sumqayıt şəhərinin "Xəzər bağları" ərazisində yerləşən 141 saylı balans qovşağında cari təmir işlərinin aparılması ilə əlaqədar 1000 abonentin qaz təchizatı saat 15:30-da dayandırılacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

Oxşar xəbərlər