- 18:40
Hər il İranda ənənəvi olaraq keçirilən hərbi parad bu il baş tutmayacaq.
E-huquq.az xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu məlumat yayıb.
İran-İraq müharibəsinin ildönümündə keçirilən hərbi parad təhlükəsizlik məsələləri ilə bağlı olaraq ləğv edilib.
Həmədan qərargahının komandiri Hüseyn Zarei Kamal İsraillə 12 günlük müharibədən sonra təhdidlərin artdığını əsas gətirərək bu il genişmiqyaslı toplantıların qadağan edildiyini bildirib.
Qeyd edək ki, hər il sentyabrın 22-də İranda 1980-ci ildə başlayan İraq müharibəsi ilə bağlı bir həftəlik Müdafiə Həftəsi keçirilir. Bu tədbir çərçivəsində müxtəlif proqramlar və hərbi paradlar keçirilir.
Humay Eminqızı