Sergey Lavrov və Marko Rubionun görüşü başa çatdı - YENİLƏNDİ


  • 21:12

Nyu-Yorkda ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş başa çatıb.

E-huquq.az xəbər verir ki, Rubio-Lavrov ikitərəfli danışıqları 50 dəqiqədən çox davam edib.

***

20:48

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.

E-huquq.az xəbər verir ki, mətbuat üçün açılış nitqi olmadan başlayan görüş bağlı qapılar arxasında davam edib.

Qeyd edək ki, iyulun 10-da Lavrov və Rubio Malayziyada ASEAN tədbirləri çərçivəsində təxminən bir saat davam edən ikitərəfli görüş keçiriblər.

Oxşar xəbərlər