Laos Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Şamaxıda səfərdə oldu - FOTO


  • 20:33

Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğunun Baş Prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Şamaxıda səfərdə olub.

Bu barədə e-huquq.az-a baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Baş prokurorun birinci müavini Elçin Məmmədovun müşayiəti ilə Şamaxı şəhərinə səfər edib.

Qonaqlar Şamaxıda Şamaxı Cümə Məscidi, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasını ziyarət ediblər.

Nümayəndə heyəti həmçinin Nəsimi – Şeir, Mənəviyyat və İncəsənət Festivalında iştirak edərək ölkəmizin zəngin mədəni irsi və incəsənət ənənələri ilə yaxından tanış olub, “Meysəri” şərab zavoduna isə baş çəkərək istehsal prosesi və yerli iqtisadi uğurlar barədə məlumat alıblar.

Səfər zamanı qonaqlara Azərbaycanın müasir infrastruktur layihələri, mədəni irsin qorunması sahəsində həyata keçirilən tədbirlər və iqtisadi nailiyyətlər barədə ətraflı məlumat verilib. Nümayəndə heyəti səfərin onlarda dərin və xoş təəssürat yaratdığını vurğulayıb.

Azərbaycan ilə Laos arasında hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı layihələrin həyata keçirilməsi perspektivləri səfər çərçivəsində diqqət mərkəzində olub.

Oxşar xəbərlər