Azərbaycan Dəmir Yolları (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 27 sentyabrda Bakı–Ağstafa, 28 sentyabrda isə Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri həyata keçirəcək.
E-huquq.az xəbər verir ki, bununla bağlı ADY məlumat yayıb.
Bildirilib ki, eyni zamanda, Bakı-Qazax-Bakı marşrutu ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfərlər təşkil olunur.
Biletiləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.
