- 27 Sentyabr 16:36
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Naxçıvan Şəhər Sukanal İdarəsində İnformasiya Texnologiyaları İnfrastrukturunun yaradılması məqsədi ilə inzibati bina daxili kabelləşmə işlərinin görülməsi üçün mal-materialların alınması və quraşdırılması ilə bağlı elan etdiyi tender başa çatıb.
E-huquq.az xəbər verir ki, tenderin qalibi "Nexus Technologies" MMC olub.
Məlumata görə, qalib şirkətə 40.906,47 manat vəsait ödəniləcək.
Humay Eminqızı