Məzmuna keç

Salyanda 1 yaşlı uşaq hündürlükdən yıxılaraq ağır xəsarət aldı

Salyanda 1 yaşlı uşaq hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

E-huquq.az xəbər verir ki hadisə Salyan rayonunun Varlı kəndində qeydə alınıb.

Valideyin nəzarətindən yayınan bir yaşlı H.Z fərdi yaşayış evinin ikinci mərtəbəsindən yıxılaraq kəllə-beyi travması alıb. Azyaşlı komatoz vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.