- 27 Sentyabr 16:36
"Həmid evimin yeganə övladı idi. 6 ay idi ki, toyu olmuşdu, ata olacağını bilirdi".
Bu sözləri e-huquq.az-a açıqlamasında şəhid Mikayıl Həmidlinin anası Lalə Həmidova Anım Günü ilə əlaqədar II Şəhidlər Xiyabanını ziyarəti zamanı deyib.
"Oğlum şəhid olduqdan sonra övladı dünyaya gəldi. Həmid 44 gülnük Vətən müharibəsində döyüşüb. 2023-cü il 19-20 sentyabr tarixlərində keçirilmiş lokal xarakterli antiterror əməliyyatı zamanı oğlum qəhrəmancasına şəhid olub. Allah bütün şəhidlərimizin məkanını cənnət etsin. Övladlarımızın qanı bahasına alınan torpaqları - Qarabağı gözümüz kimi qorumalıyıq", - şəhid anası qeyd edib.
Humay Eminqızı