- 27 Sentyabr 16:36
Zəfər parkı ziyarət olunub.
Bu barədə e-huquq.az-a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən bildirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bakı şəhərində yerləşən Zəfər parkını ziyarət etmiş, xatirə abidəsinin önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anılıblar.