Məzmuna keç

Dövlət xəttilə 305 milyon manat ipoteka krediti verilib

Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 304,7 milyon manat kredit verilib.

E-huquq.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,85 % azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 8,4 % azalaraq 286 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 3,5 dəfə artaraq 400 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 27,1 % azalaraq 47,9 milyon manat qalıb.