- 19:46
Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Gəncə şəhəri, Atatürk pr-də inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün ərazinin şəhərsalma əsaslandırılması və inşa ediləcək yaşayış binalarının layihə-smeta sənədlərinin hazırlanması xidməti ilə bağlı elan etdiyi tender ləğv edilib.
E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olmasıdır.
Məlumata görə, tenderin dəyəri 991.337,59 manat olub.
Şəbnəm Mehdizadə