Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri hospitalları ziyarət edib


  • 29 Sentyabr 17:26

Prokurorluq işçilərinin peşə bayramı günü ərəfəsində Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri aidiyyəti hərbi qurumların yüksək rütbəli hərbi qulluqçuları ilə birlikdə Silahlı Qüvvələrin hospitallarında müalicə olunan hərbçilərə baş çəkiblər.

Bu barədə e-huquq.az-a Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, ziyarətçilər müalicə olunan hərbi qulluqçuların səhhəti ilə maraqlanıb. Ziyarət əsnasında ölkə başçısının rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan, o cümlədən Silahlı Qüvvələrin formalaşmasından, Vətən müharibəsində əldə olunan möhtəşəm qələbədən, eləcə də hərbçilərə göstərilən diqqət və qayğıdan bəhs edilib.

Ardınca, hərbi qulluqçulara hədiyyələr təqdim edilib. Hospitalların kollektivi və orada müalicə olunan hərbi qulluqçular yaradılan şəraitə, həmçinin göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə edib.

Oxşar xəbərlər