"Azərbaycan sülh gündəliyini prioritet elan edib"


  • 11:29

"İkinci Qarabağ müharibəsində möhtəşəm qələbə qazanan Azərbaycan Ordusu 2023-cü ilin sentyabrın 19-da Qarabağ iqtisadi zonasında keçirdiyi antiterror əməliyyatı ilə öz suverenliyini bərpa etdi".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, Azərbaycan sülh gündəliyini prioritet elan edib:

"Prezident İlham Əliyev bu il avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evdə çıxışı zamanı bir sıra vacib məsələləri qeyd etdi. O bildiridi ki, Azərbaycan hər zaman sülhün siyasi vasitələrlə təmin edilməsinə çalışıb. Məhz Azərbaycanın ardıcıl səyləri nəticəsində cari ilin avqust ayinin 8-də birgə bəyanat imzalandı, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi paraflandı. Azərbaycanın əldə etdiyi qələbə qlobal müstəvidə hüququn aliliyinin əyani təsviridir. Bununla da Cənubi Qafaqazda yeni səhifə açıldı ".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər