- 19:46
“Bakıda ictimai nəqliyyatın necə işləməsi əhalinin vəziyyətinin yaxşılaşması və pisləşməsinin əsas parametri sayılmaqdadır. Bu günlərdə metroda qiymətin qalxması iqtisadi cəhətdən əsaslandırıla bilər. Başqa yerlərdə imtiyazlı şəxslərin bundan hansı formada yararlanacağı mütləq qeyd olunur. Bizdə isə tələbələrin, şəhid övladlarının, autizmli, daun sindromlu uşaqların hansısa formada daşınacağı, imtiyazlı tələbələrin müəyyən kartlarla təmin olunması məsələsi hələ də problem olaraq qalır”.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, qiymət artımı aşağı təbəqədə müəyyən narazılıqlar yaradır.
Şəbnəm Mehdizadə