- 19:46
"Süni intellekt bəşər övladının əldə etdiyi ən böyük nailiyyətlərdən biridir".
E-huquq.az xəbər verir ki, bunu milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, süni intellekt qarşıdakı illərdə dövlətlər üçün ciddi problemlər yarada bilər.
"Azərbaycanda da süni intellektə böyük maraq var. Gənclər arasında süni intellektdən istifadə geniş yayılıb. Lakin bu texnologiyanın mənfi tərəfləri də var. Xüsusilə cinayət hadisələrini qeyd etmək lazımdır. Biz bunu görürük. Bəzi ölkələrdə bununla bağlı qanun qəbul edilir. Düşünürəm ki, Azərbaycanda da qısa müddətdə belə bir qanunun qəbul edilməsi lazımdır"
Şəbnəm Mehdizadə