Biləsuvar Rayon İcra Hakimiyyəti yolların təmirinə 314 min manat xərcləyəcək


  • 16:25

Biləsuvar Rayon İcra Hakimiyyətinin Biləsuvar rayonu şəhər və kəndlərində küçə yollarının əsaslı təmiri (büdcədənkənar vəsait hesabına) işləri ilə bağlı elan etdiyi tenderə yekun vurulub.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "İmza Construction" MMC olub.

Məlumata görə, qalib şirkətə 314.439,87 manat vəsait ödəniləcək.

Humay Eminqızı

Oxşar xəbərlər