Ağdam Rayon Mərkəzi Xəstəxanasının tenderi ləğv edildi


  • 1 Oktyabr 16:49

Ağdam Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin geyim formalarının alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması olub.

Məlumata görə, tenderin dəyəri 20.894,91 manat olub.

Humay Eminqızı

Oxşar xəbərlər