Yunanıstanda 24 saatlıq ümumi tətil keçirilib


  • 1 Oktyabr 17:13

Yunanıstanda hökumətin iş saatlarını uzatma planına etiraz olaraq ölkə üzrə 24 saatlıq tətil keçirilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, tətil dövlət qulluqçuları və özəl sektor işçilərini təmsil edən həmkarlar ittifaqlarının çağırışı ilə başlanıb.

Nəticədə ictimai nəqliyyat və dövlət xidmətlərində gecikmələr baş verib.

Etirazlarda qanun layihəsinin işçilərin sağlamlığını və təhlükəsizliyini təhlükəyə atdığını, peşəkar və şəxsi həyat tarazlığını pozduğu vurğulanıb.

Yunanıstan hökuməti qanun layihəsinin işçilərə fayda verəcəyini bəyan edib. İldə yalnız 37 günə qədər qüvvədə olacaq tətbiqlə işçilərə 40% əlavə iş haqqı təklif edəcəyi vurğulanıb.

"Biz həm işəgötürənlərə, həm də işçilərə seçim azadlığı veririk. Bu nəyə görə cəmiyyətə zidd olsun ki?”, - baş nazir Kiryakos Miçotakis bildirib.

Layihənin bu ay parlamentə təqdim olunması planlaşdırılır.

Humay Eminqızı

Oxşar xəbərlər