- 13:58
Elm və təhsil naziri Emin Əmrullayev 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.
E-huquq.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesablarında paylaşım edib.
Paylaşımda deyilir:
"Dəyərli müəllimlər! Sizi Müəllimlər Günü münasibətilə təbrik edir, hörmət və ehtiramımı bildirir, şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram. Gənc nəslin formalaşmasında fədakar əməyinizə görə təşəkkür edirəm".