Məzmuna keç

İnnovasiya və Təchizat Mərkəzinin 1,8 milyon manatlıq tenderi yekunlaşdı

"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsinin "Tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş oftalmoloji avadanlıqlar"ın satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurulub.

E-huquq.az xəbər verir ki, tenderin qalibi “Arash Medical Company” QSC olub.

Məlumata görə, qalib şirkətə 1.809.341,2 manat vəsait ödəniləcək.

Humay Eminqızı