- 7 Oktyabr 21:17
Türkiyənin xarici işlər naziri Hakan Fidan Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edib.
E-huquq.az xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Xarici işlər naziri Hakan Fidan 7 oktyabr 2025-ci ildə Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə toplantısından əvvəl TDT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək və ikitərəfli görüşlər aparmaq məqsədilə 6-7 oktyabr 2025-ci il tarixlərində Azərbaycana səfər edəcək" - məlumatda qeyd edilib.