- 7 Oktyabr 21:17
Bu gün saat 10:00-dan Bakının üç rayonunun təbii qaz təchizatında fasilə yaranacaq.
E-huquq.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, yeni çəkilmiş orta təzyiqli qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi, qaz kəməri üzərində qoruyucu atıcı klapanın quraşdırılması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar Maştağa və Əmircan qəsəbələrini qidalandıran qaz xətlərində, həmçinin "Qanlı göl" ərazisində yerləşən qaz xəttində təchizat dayandırılacaq.
İşlər başa çatana qədər paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsinin bir hissəsinin, A.Rzayev, M.Mustafayev və S.Bəhlulzadə küçələrinin, Sabunçu rayonunun Maştağa qəsəbəsinin Şəfai, Xanlar, Zərdabi və Mehdi Hüseyn küçələrinin, eləcə də Yasamal rayonunun 7-ci Alatava, Ü.Əkbərov və D.Bünyatzadə küçələrinin "mavi yanacaq" təchizatında fasilə olacaq.