TƏBİB əməkdaşının bıçaqlanması ilə bağlı cinayət işi açıldı


  • 7 Oktyabr 12:17

Şirvan şəhər sakini 1986-cı il təvəllüdlü Lamiyə Qanbayevanın bıçaqlanması hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə e-huquq.az-a Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı 1988-ci il təvəllüdlü Tural Qanbayevin kəsici-deşici alətlə xəsarətlər yetirməklə Lamiyə Qanbayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

T.Qanbayev hadisədən sonra sirkə turşusu içərək özünü öldürməyə cəhd edib, hazırda xəstəxanada stasionar müalicəsi davam edir, vəziyyəti ağırdır.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq davam etdirilir.

Oxşar xəbərlər