Azərbaycanda bu gömrük rüsumu 60 faiz azaldıldı


  • 12:16

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.

E-huquq.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, müxtəlif qoruyucu burunaltılıların 1 cütünün idxalı üçün gömrük rüsumları gələn il iyunun 30-na qədər 15 ABŞ dollarından 9 ABŞ dollarına (60 %) endirilib.

Bundan başqa, 2023-cu ilin sonuna qədər dəmirdən və yaxud aşqarlanmamış poladdan yarımfabrikatların 1 tonunun ölkəyə idxalı üçün gömrük rüsumları dəyərinin 15 %-i qədər, lakin 200 ABŞ dollarından az olmamaqla müəyyən edilib. İndiyə qədər rüsumlar konkret məbləğdə, 5-15 ABŞ dolları təşkil edirdi.

Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Oxşar xəbərlər