Dövlət Sosial Müdafiə Fondunun 310 min manatlıq tenderi baş tutmadı


  • 17:27

"Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinin DSMF və struktur bölmələri üçün 2025-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin keçirilməsi xidmətinin satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

Qeyd edək ki, həmin tenderin dəyəri 310.548,00 manat olub.

Humay Eminqızı

Oxşar xəbərlər