Fərid Hacıyev: "Vətən müharibəsindən sonra Azərbaycana qarşı kiberhücumlar sistemli xarakter daşıyır"


  • 9 Oktyabr 10:51

"Azərbaycanda informasiya təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Aparat rəhbəri Fərid Hacıyev "Critical Infrastructure Defence Challenge" ("CIDC 2025") kibertəhlükəsizlik festivalında çıxışı zamanı deyib.

O bildirib ki. texnoloji təlqinin geniş vüsət aldığı dövrdə informasiya təhlükəsizliyi və milli təhlükəsizlik anlayışları arasında olan fərq demək olar silinib:

"İqtisadiyyatın rəqəmsallaşdırılması, ağıllı şəhərlərin tikilməsi, süni intellektin tətbiqi qarşımızda yeni imkanlar açmaqla yanaşı yeni risklər formalaşdırır. Kibertəhlükə real və dinamik xarakter alıb. Bu gün ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunması dövlət siyasıtinin ən mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttə uyğun olaraq kompleks tədbirlər həyata keçiririlir. Bu tədbirin ikinci dəfə Bakıda keçirilməsi də onu göstərir ki. Azərbaycan innovasiyalar sahəsində mühüm regional mərkəzə çevrilməkdədir".

Aparat bildirib ki, Vətən müharibəsindən sonra Azərbaycana qarşı kiberhücumlar sistemli xarakter daşıyır:

"Bu hücumların qarşısını almaq üçün Milli Məclis Parlament səviyyəsində dövlətə kömək göstərir. Həmçinin Milli Məclisdə də qanunvericiliyə yeni əlavələr edildi. Milli təhlükəsizlik təkcə qurumların deyil, bütün cəmiyyətin öhdəsindədir".

Humay Eminqızı

Oxşar xəbərlər