Məzmuna keç

Putin Azərbaycanla humanitar əlaqələrin yüksək səviyyədə olduğunu bildirib

Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında humanitar əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.

E-huquq.az xəbər verir ki, Rusiya lideri bunu Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.

“Sizin bu məsələyə diqqətiniz sayəsində humanitar əlaqələrimiz həmişə yüksək səviyyədə olub”, – deyən Rusiya Prezidenti Moskvanın da öz növbəsində bu dinamikanı saxlamaq üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.