"Türk Dövlətləri Təşkilatı regionda və dünyada öz nüfuzu ilə seçilir"


  • 10 Oktyabr 11:08

"Bu gün dünyada beynəlxalq münasibətlər öz yeni mərhələsinə qədəm qoyur".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasim Qafarov parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, bu dəyişikliklər və yeniliklər fonunda Türk Dövlətləri Təşkilatı (TDT) regionda və dünyada öz nüfuzu ilə seçilir.

"Qəbələdə oktyabrın 7-də keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü bu mənada mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu birliyin lokomotividir. Zirvədə əsas mövzu regional sülh və təhlükəsizlik idi. Bu da təsadüfi deyil. Çünki sülh və təhlükəsizlik olmadan inkişaf olmaz. Azərbaycan artıq geosiyasi güc mərkəzinə çevrilib. Türk dövlətlərinin Qarabağa və şərqi Zəngəzura verdiyi dəstək isə mənəvi bir məsuliyyətin göstəricisidir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər