"Yubiley medalının təsis edilməsi çox qürurverici hadisədir"


  • 10 Oktyabr 12:16

"Yubiley medalını təsis etməklə Milli Məclis "Konstitusiya və Suverenlik ili"nə öz töhfəsini vermiş olacaq".

E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında deyib.

""Konstitusiya və Suverenlik ili" çərçivəsində Milli Məclisin də üzərinə bir sıra vəzifələr düşür. Parlament olaraq biz bu vəzifələri şərəflə yerinə yetiririk. Daha əvvəl Konstitusiyamızın 10 illik, 20 illik yubileyləri ölkəmizdə mötəbər şəkildə keçirilib. Lakin ilk dəfədir ki, Konstitusiyamızın 30 illiyi qeyd edilməklə yanaşı, yubiley medalı da təsis edilir. Bu, çox qürurverici hadisədir və təqdirəlayiq haldır. Yubiley medalı bizim digər order və medallarda formalaşmış ənənələrinə tam uyğundur. Hesab edirəm ki, Milli Məclisin yubiley medalını təsis etməklə konstitusiyada suverenlik ilinə öz töhfəsini vermiş olacaq" - Komitə sədri əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər