Azərbaycan və Pakistan XİN başçıları telefonla danışdı - YENİLƏNDİ


  • 13:37

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.

E-huquq.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hər iki tərəf Yaxın Şərqdə vəziyyəti və Qəzzadakı humanitar böhranı müzakirə ediblər.

Nazirlər həmçinin bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində ərəb-islam ölkələrinin geniş təşəbbüsləri barədə fikir mübadiləsi aparıblar.

Həmçinin, onlar Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək zirvə görüşünü müzakirə ediblər.

***

12:38

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.

E-huquq.az xəbər verir ki, bu barədə Məhəmməd İshaq Dar sosial media hesabında paylaşım edib.

Oxşar xəbərlər