Zelenski və Tramp Yaxın Şərq və Ukraynadakı vəziyyəti müzakirə etdi - YENİLƏNDİ


  • 17:53

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp ilə telefon danışığı aparıb.

E-huquq.az xəbər verir ki, bu barədə Volodimir Zelenski “Telegram” hesabında paylaşım edib.

Ukrayna Prezidenti qeyd edib ki, söhbət zamanı əsas müzakirə mövzularından biri Yaxın Şərqdəki vəziyyət olub: “Prezident Trampı Yaxın Şərq üçün əldə etdiyi real uğura və razılaşmaya görə təbrik etdim. Əgər həmin bölgədə müharibəni dayandırmaq mümkündürsə, deməli, digər müharibələr, o cümlədən Rusiyanın müharibəsi də dayandırıla bilər”.

Zelenski əlavə edib ki, söhbət zamanı Ukraynadakı vəziyyət, xüsusilə Rusiyanın ölkənin enerji infrastrukturlarına zərbələri də müzakirə olunub: “Bizim hava hücumundan müdafiə sistemlərimizin gücləndirilməsi məsələsi də müzakirə olundu. Bu istiqamətdə yaxşı variantlar və güclü ideyalar var. Rusların real diplomatiyada iştirak etməyə hazır olması vacibdir. Güc vasitəsilə bunu təmin etmək mümkündür. Təşəkkür edirəm, cənab Prezident!”.

***

16:55

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı aparılır.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermak özünün "Telegram" kanalında məlumat yayıb.

"Zelenski hazırda Trampla telefon danışığı aparır",- o qeyd edib.

Oxşar xəbərlər