Sumqayıtda 800 abonentin qazı kəsiləcək


  • 13:09

Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə e-huquq.az-a "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən məlumat verilib.

Bildirilib ki, balans qovşağında aparılacaq təmir işləri ilə əlaqədar oktyabrın 13-də, saat 14:00-dən etibarən Sumqayıt şəhərinin Sahil küçəsində 800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Ərazinin qaz təchizatı işlər tamamlandıqdan sonra bərpa olunacaq.

Oxşar xəbərlər